image-rt-reklam
image-1backend

TDT beynəlxalq münasibətlər sistemində öz sözünü deyəcək

image-728x90
“Son illər Türk Dövlətləri Təşkilatının fəaliyyətində əhəmiyyətli canlanma, aktivlik müşahidə olunur. Təşkilata üzv ölkələr arasında inteqrasiya prosesləri sürətlənmişdir”.

Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, zirvə toplantılarına, beynəlxalq ictimaiyyət tərəfindən haqsız olaraq tanınmamış Quzey Kıprız Türk Cümhuriyyətinin qatılması, qürur hissi doğurur:

“Xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycan, TDT-nin fəaliyyətində aparıcı dövlətdir və qardaş ölkələr arasında körpü rolunu oynayır. Hesab edirəm ki, TDT beynəlxalq münasibətlər sistemində öz sözünü deyəcək. Çox yaxın gələcəkdə Təşkilatın mühüm, beynəlxalq gücə çevrilməsinə şahidlik edəcəyik”.Newscenter.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90