Tbilisidə Holiday Inn otelində baş vermiş atışma ilə əlaqədar bir nəfər saxlanılıb. Ulusal.az xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Vaça Siradze məlumat verib.
Onun sözlərinə görə, cinayət işi “Təhlükə törətmək” və “Qanunsuz olaraq atəşli silah alma, saxlama və daşıma” maddələri üzrə başlanıb.
Hadisə cümə axşamı günorta saatlarında baş verib. Polisə oteldən atışma ilə bağlı məlumat daxil olub. Hadisə yerinə dərhal Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb edilib, otel otağında axtarış aparılıb və nəticədə bir kişi saxlanılıb.