image-rt-reklam
image-1backend

Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? – Ermənilər açıqladı

image-728x90

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası nəticəsində Tavuşun Kirants kəndindən 2 yox, 7 ev azərbaycanlıların nəzarətinə keçir. Ümumilikdə Kirantsdan 15 hektardan çox ərazi Azərbaycana qaytarılır.

Ulusal.az xəbər verir ki, bu barədə Kirants kəndinin sakinləri deyib.

Onlar bildirir ki, Ermənistan hakimiyyəti doğru danışmır: “7 ev, ümumilikdə 15 hektardan çox ərazi Azərbaycana təhvil verilir”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Kirantsda 4 bina – biri böyük, biri kiçik olmaqla iki ev, bir treyler mağazası, bir qaraj – Azərbaycan ərazisinə düşür. Kənd sakinləri isə bunu qəbul etmir.

Qeyd edək ki, Kirants kəndinin demarkasiya nəticəsində Azərbaycan ərazisinə düşən hissəsi işğal dövründə ermənilər tərəfindən qanunsuz istismar edilən ərazilərdir. Ermənilər burada ev tikib, torpaqları əkin və otlaq üçün qanunsuz şəkildə istifadə ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90