image-rt-reklam
image-img_20241023_171119backend

Tarixin gizlinlərini özündə yaşadan Yozqat – FOTOLAR

image-728x90

Azərbaycandan və Özbəkistandan olan media nümayəndələrinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Turizmin Təbliği və İnkişaf Etdirilməsi Fondunun təşkilatçılığı ilə qardaş Türkiyəyə səfəri davam edir. Səfərin ikinci günündə media nümayəndələri min illərin tarixini özündə cəmləşdirən Yozgatda olduq. Yozqat Türkiyənin eləcə də dünyanın qədim şəhərlərindən biridir . Ankaradan sonra Yozqata yol aldıqca minillik tarixə malik bu şəhəri kəşf etməyi düşünürdük.

Yozqat ilk insan yaşayış məskənlərindən biridir. Min illərdir ki, bu qədim şəhərdə insanlar məskən salıb. Bu günə qədər öz adət ənələrini qoruyan bir toplum yaşayır Yozqatda. Roma, Bizans , şumer, akkad mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb bu şəhər. Anadolunun ən qədim yaşayış məskəni olan bu şəhər tarixin bütün sınaqlarından üzüağ çıxıb.

Məhz bu səbəbdən tarix boyu bir çox sivilizasiyaya ev sahibliyi edib. Bu xüsusiyyətlər şəhərin müxtəlif yerlərində bir çox tarixi tikililərə rast gəlmək imkanı verir. Yozqat tarix boyu müxtəlif imperiyaların himayəsində olub. Elə Yozqatı gəzdikcə istənilən tarixi dövrə aid tikililərlə qarşılaşa bilərsiniz. Bu səbəbdəndir ki, son illər Yozqat turistlərin ən çox axın etdiyi mərkəzlərdən birinə çevrilib. Yozqat bir tarix şəhəridir. Həmdə Yozqatı bir mədəniyyət beşiyi adlandırmaq olar.

Eramızın 395-ci ildə Roma İmperiyası ikiyə bölünəndə Yozqat Şərqi Romaya, yəni Bizansın hakimiyyəti altına keçdi. Sasanilər zaman-zaman bölgəyə basqınlar etsələr də, bu şəhərə nəzarəti ələ keçirə bilmədilər.

Teymur Anadoludan ayrıldıqdan sonra bölgə çətinliklərlə üzləşməyə başladı və 1408-ci ildə Çələbi Mehmet tərəfindən Osmanlı İmperatorluğuna birləşdirildi . Yavuz Sultan Səlimin dövründə Cəlal üsyanları olaraq bilinən Yozgat və ətrafında Cəlal adlı bir oğuz türkü tərəfindən başladılan üsyan nəzarət altına alındı. 1526-cı ildə Qanuni Süleyman dövründə bölgədə bəzi əhali dəyişiklikləri edildi və Hələb türkmənlərinin Bozulus tayfasına mənsub Mamalu türkmən tayfaları bölgəyə yerləşdirildi.

Bu gün Yozqatda rəsmi statistikaya görə 120 min nəfər yaşayır. Bölgə ümümilikdə turizm üçün olduqca əlverişlidir. Turistlər Yozqata səfər etdikdə haraları gəzə bilərlər. Bu günkü yazımızda Yozqatın tarixi məkanları, həmçini gəzməli yerlərini gəzdik. Daha sonra yolumuzu tarixi abidələrlə zəngin olan Sarıkayaya saldıq.

Burada bizi Sarıkaya Kaymakamı Ahmet Nuri Demir və Sarıkaya Bələdiyyə Başkanı Osman Gözan qəbul etdi. Bələdiyyə başkan Osman Gözan bölgənin tezliklə turizm mərkəzinə çevriləcəyini bildirdi. Osman Gözan qeyd etdi ki, bu bölgədə möhtəşəm termal otellər qurulub. Bizdə gecə Sorğuda yerləşən “Safa” termal otelində qaldıq. Oteldə Türkiyədən həmçinin qonşu ölkələrdən gələn turistlər ziyarət edir. Burada termal sularla isinən bir çox xəstəliklərə şəfa verən hovuzlar var.

image-img_20241024_075646

image-img-20241024-wa0046

Əvvəlcə də qeyd etdiyimiz kimi, Sarıkayada yerləşən Roma hamamlarına axan su termal qaynaqlardan qidalanır.

Sarıkayada olan bu qədim hamam tarixin bütün gizlinlərini özündə qoruyub saxlayır.

Roma Hamamı (Sarıkaya)
Yozqatda yerləşən tarixi Kral Qızı Hamamının tarixi çox qədimdir. Mənbələrə görə bu hamam eramızdan əvvəl inşa edilib. Bu Sarıkaya Roma Hamamı bölgənin ən əhəmiyyətli tarixi tikililərindən biridir. 2018-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Roma dövrünə aid olan və günümüzə qədər gəlib çatan hamamın Roma adı Basilica Therma (Aqua Sarvenae)-dir.

Roma dövrünün ən əhəmiyyətli nöqtələrindən biri olan Terma Bazilikası təəssüf ki, bu günə qədər əhəmiyyətli bir hissəsini itirmişdir. Hazırda yalnız qərb fasadında arxaya keçidi təmin edən divar dayanır. 10 göz və 2 mərtəbədən ibarət mərmər tağlı divar var. 30 metr uzunluğundakı divarın şimalında və cənubunda dairəvi hovuzlar da var.

Türkiyədə Roma dövrünə aid bu mühüm tikili 2010-cu ildə restavrasiya edildi.

İtirilmiş Pteria Şəhəri (Kerkenes xarabalıqları)
İtirilmiş Pteria şəhəri ilk dəfə 1933-cü ildə aşkar edildi və bir hissəsi sonradan qazıntılar nəticəsində tapıldı. Anadolunun müxtəlif yerlərində yerləşən qədim şəhərlərlə müqayisədə çox fərqli bir quruluşa sahib olduğu diqqətə çatdırılıb. İlkin araşdırmalar onun eramızdan əvvəl 600-cü ildə qurulduğunu göstərsə də, sonrakı araşdırmalar şəhərin Frigiya yeri ola biləcəyini göstərdi.

Dövrünün ən mühüm qədim şəhərlərindən biri olsa da, eramızdan əvvəl 547-ci ildə talan edilərək dağıdılıb. Şəhərin 7 km uzunluğunda divarları və 2,5 kvadrat kilometr yaşayış sahəsi olduğu təxmin edilir. Bu xüsusiyyətləri ilə onun qədim mənbələrdə tez-tez adı keçən Ptreia antik şəhəri ola biləcəyi düşünülür.

Yozgatın Sorgun mahalına bağlı Şahmuratlı kəndində yerləşən qədim şəhərdən çox az qalıb.

Bu gün Yozqatda saya gəlməz tarixi, mədəni abidələr mövcuddur. Son illər Türkiyə dövləti tərəfindən bu tarixi memarlıq abidələri təmir edilərək turistlərin və şəhərin qaonaqlarının istifadəsinə verilir.

Qoşqar Salmanlı

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90