image-2000x150
image-1backend

Tarix yazan qızlarımız: Onlar kimdirlər? – FOTO

image-728x90
Ötən gün Azərbaycan idman tarixində ilkə imza atıldı.
“Qafqazinfo” xəbər verir ki, Honkonqda keçirilən lisenziya turnirinin finalında Polşaya qalib gələn 3×3 basketbol yığmamız ölkəmizin idman tarixində ilk dəfə Yay Olimpiya Oyunlarında komanda idman növlərində iştirakımızı rəsmiləşdirdi.
Bundan sonra isə sosial şəbəkələrdə millimizin üzvlərinin əcnəbi olması ilə bağlı çoxsaylı paylaşımlar edildi.
Komandamızın üzvləri Dina Ulyanova, Alexandra Mollenhauer, Tiffani Hayes və Mersedes Uolkerin legioner olmaları müzakirələrə yol açıb. Lakin bu oyunçulardan ikisi Azərbaycan basketbolunun yetirməsidir. Belə ki, Dina Ulyanova və Alexandra Mollenhauer Bakıda bu idman növü ilə məşğul olmağa başlayıblar.
D.Ulyanova 1990-cı ildə Bakıda doğulub. O, basketbola ilk addımlarını da məhz burada atıb. Sonradan Rusiyaya köçən xanım idmançı 2012-ci ildən “Neftçi” klubunun şərəfini qoruyur.
A.Mollenhauer vaxtilə “Qala”, NTD və “Aztop” kimi Azərbaycan klublarının şərəfini qorumuş Skott Mollenhauerin qızıdır. Onun atası karyerasını başa vurduqdan sonra da ölkəmizi tərk etməyib. Bakıda məşqçi kimi fəaliyyət göstərərək oyunçular yetişdirməyə başlayan S.Mollenhauerin qızı da 5 yaşından burada böyüyüb və basketbolun sirlərinə Azərbaycanda yiyələnib.
34 yaşlı Tiffani Hayes və 37 yaşlı Mersedes Uolker Azərbaycan vətəndaşlığı almış amerikalıdırlar. Onlar 2015-ci il Avropa Oyunlarından başlayaraq Azərbaycan millisində çıxış edirlər.
Ulyanova, Mollenhauer və Uolker 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi olan Azərbaycan milli komandasında çıxış ediblər.
Komandamızın heyətində yer alan digər basketbolçu Tatyana Deniskina komandamızla iki İslamiadada qızıl medal qazanıb. Honkonqda 38 yaşlı basketbolçu ehtiyat oyunçular skamyasında otursa da, əvvəllər mütəmadi çıxış edirdi. Deniskina 2000-ci illərin əvvəllərindən Bakıda yaşayır, azərbaycanlı cüdo məşqçisi Rüfət İsmayılovla ailə qurub. Tatyana həm də məşqçiliklə məşğul olur. Onun qızı Ancelina İsmayılova basketbol üzrə Azərbaycan milli komandasında oynayır. Maraqlıdır ki, ötən ilin noyabrında Tatyana və Ancelina Belçika və Litvaya qarşı Avropa çempionatının seçmə mərhələsinin oyunları zamanı eyni vaxtda meydanda olublar.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90