Keçmiş tarix müəllimi Yamandu Orsi Uruqvayın yeni prezidenti olub.
Ulusal.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Sol müxalifətin namizədi Orsi ikinci turda 49,8% səslə seçkidə qalib gəlib. Onun vitse-prezidenti Caroline Causset olacaq.
Yamandu Orsi keçmiş tarix müəllimidir. O, Kanelonlar departamentinin meri vəzifəsində çalışıb (2015-2024) və respublikanın eks-prezidenti Xose Muxikanın dəstəyindən istifadə edib.
İnauqurasiya 2025-ci il martın 1-də baş tutacaq.