Fransa prezidenti Emmanuel Makron Donald Trampın açıqladığı tariflərdən təsirlənəcək sənaye nümayəndələri ilə görüşəcək.
Ulusal.az xəbər verir ki, bu barədə “Le Figaro” Yelisey sarayına istinadən məlumat yayıb. Görüş aprelin 3-də yerli vaxtla saat 16:00-da Yelisey sarayında baş tutacaq.
Tramp tarifləri elan etdikdən sonra ABŞ-da fransız şərabı və spirtli içkilərinin satışının ən azı 20% azalacağı gözlənilir.
Amerika Birləşmiş Ştatları Fransız şərabı və spirtli içkilər üçün ən böyük bazardır.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp rəsmi olaraq bütün dünya ölkələri ilə eyni vaxtda “ticarət müharibə”sinin başladığını elan edərək, mənşə ölkəsindən asılı olaraq ABŞ-a idxala 10%-dən 50%-ə qədər rüsumlar elan edib.






















