image-2000x150
image-6backend

Tapan kəndində sel sularının yaratdığı problemlər qısa müddətdə aradan qaldırıb

image-728x90

Daşkəsən rayonuna son günlər yağan yağışlar nəticəsində Tapan kəndində suötürücü boruları sel suları dağıtmış, çay öz məcrasından çıxmışdır. Nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə gediş-gəlişində fasilə yaranmışdı. Rayonun daxili imkanları hesabına çay yatağında təbii fəlakətin yaratdığı problemlərin qısa müddətdə aradan qaldırılması işlərinə başlanılmışdır. Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə ərazidə olmuş, həmçinin kənd sakinləri ilə görüşmüş, onların müraciətlərini dinləmişdir.
Selin yaratdığı fəsadların aradan qaldırılması məqsədilə texnikalarla çay öz məcrasına salınmış, suötürücülərin içərisi daş və palçıqdan təmizlənmış, ətrafı genişləndirilmiş, kəndə gedən yol işlək vəziyyətə gətirilmişdir.
Tapan kənd sakinləri təbii fəlakətin yaratdığı problemlərin aradan qaldırılmasına və görülən qabaqlayıcı tədbirlərə görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90