Tanınmış şair, nasir, publisist, müəllim və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslanın yeni kitabı işıq üzü görüb. Ulusal.az xəbər verir ki, bu şairin sayca 19-cu kitabıdır.
“EY BU QOCA DÜNYANIN QOSQOCAMAN KİŞ KƏNDİ” – adlı kitab şair-dramaturq Vaqif Aslanın oxucularla növbəti görüşüdür.
İlk mətbu şeiri 1967-ci ilin may ayında Şəkidə çıxan “İpəkçi” qəzetində dərc edilmiş Vaqif Aslanın şeirləri bir çox dillərdə çap edilib. Şairin Azərbaycan ədəbiyyatında öz dəsti-xətti var. Tanınmış şairi təbrik edirik.









