Əməkdar jurnalist, “LAF” TV-nin həmtəsisçisi Afət Telmanqızı yeni vəzifəyə təyin olunub.
Bu barədə Afət Telmanqızı bildirib.
O, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Məhərrəmova Afət Telman qızı Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, magistr pilləsini bitirib.
Ali məktəbdə oxuduğu illərdə – 1993–1997-ci illərdə “Səhər” qəzetində”, “Müxalifət”, “Millət” qəzetlərində, AzTV-də təcrübə keçib. 1997-ci ildən rəsmi əmək fəaliyyətinə başlayıb. İlk iş yeri ” Hürriyyət” qəzeti olub.
2000-ci illərdə “Yeni Müsavat” qəzetində müxbir kimi çalışıb. 2001-ci ildən isə ANS TV-də redaktor, sonra Xəbərlər Departamentinin baş redaktoru olub. “Xəbərçi”, “Nəzər nöqtəsi”, “Açıq söhbət” verilişlərinin aparıcısı olub. İlk dəfə ANS- də müstəqilliyin bərpa tarixinə həsr olunmuş “Var dövlətimiz Azərbaycan” sənədli fìlminin müəllifi olub. Həmçinin, “Hazırcavab oğlan”, “Qaraçılar”, “Dünyanın qan damarı”, “Zamanın yarası” və ümumilikdə 50-dən çox sənədli filmin müəllifìdir.
ANS TV fəaliyyətini dayandırdıqdan sonra Space TV-də Xəbərlər Departamentinin baş redaktoru olub. Real TV-də şef redaktor və Real İntervyu verlişinin aparıcısı olub. 2020-ci il, fevralın 9-u MM- ə keçirilən seçkilərdə iştirak edib.
2020-ci il mayın 28-də həmkarı Ləman Ələşrəfqızı ilə birgə LAF TV-ni təsis edib.Bakıvaxtı.az