Sentyabrın 14-də Mingəçevirdə “Leksus” markalı avtomobilin idarəetməni itirərək işıq dirəyinə çırpılması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Ulusal.az Trend-ə istinadən xəbər verir ki, qəza zamanı avtomobili idarə edən Elmar Allahverdiyev sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürətlə idarə edib. Nəticədə isə idarəetməni itirərək maşını işıq dirəyinə çırpıb.
Qəzada avtomobildə olan sərnişin – Elmar Allahverdiyevin həyat yoldaşı Rahimə İmran qızı Allahverdiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Digər sərnişinlər, Elmar Allahverdiyevin övladları Əli, Leyla və digər sərnişin Lalə Əfqan qızı Xudiyeva müxtəlif bədən xəsarətləri alıblar.
Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.
Qeyd edək ki, Elmar Allahverdiyev keçmiş hərbçi olub, Aprel döyüşlərinda iştirak edib. Elmar Allahverdiyev “Tərtər işi”ndə ermənilərə casusluq ittihamı ilə həbs edilib. Bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılan E.Allahverdiyev daha sonra Vətən müharibəsində iştirak edib və bir sıra medallarla təltif edilib. O, cəmiyyətdə sosial şəbəkələrdəki açıqlamaları və müsahibələri ilə daha çox tanınıb.