image-rt-reklam
image-1backend

Tanınmış erməni blogger: “İstədiyim vaxt Bakıya gələ bilərəm”

image-728x90

Tanınmış erməni blogger və jurnalist Natali Aleksanyan ötən gün sosial şəbəkə hesabında maraqlı fikirlər səsləndirib.

Ulusal.az bildirir ki, o, hazırda Türkiyədə yaşayır.

Aleksanyan qeyd edib ki, onunla çox adam görüşmək istəyir. Lakin bütün təklifləri rədd edir. “Çünki məni Azərbaycan və Ermənistanda çoxları izləyir. Hətta məni “tora salmaq” istəyənlər də var. Lakin buna imkan verməyəcəm”.

Erməni blogger onu da bildirib ki, o, istədiyi vaxt Ermənistana və Azərbaycana səfər edəcək. “Bir daha hamıya çatdırıram. Mən istədiyim vaxt Ermənistana gələcəm. İstədiyim vaxt Azərbaycana yola düşə bilərəm. Heç bir qorxum və sıxıntım yoxdur”.

Xatırladaq ki, Natali Aleksanyan 44 günlük müharibədən sonra Azərbaycan rəsmilərinə müraciət edərək, Qarabağa gələrək, orada yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına yardımçı olmağı təklif etmişdi.

Onu da bildirək ki, sözügedən erməni blogger Qarabağın Azərbaycana məxsus olduğunu deyən az sayda ermənilərdən sayılır.Tribunainfo

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90