image-rt-reklam
image-bez-nazvaniyabackend

Tanınmış aparıcının evindən küllü miqdarda pul oğurlandı: “Anamı iynə ilə yatızıdırıb…”

image-728x90

Tanınmış aparıcı Sona Rəsulovanın başına iş gəlib.

Bu barədə məlumat verən aparıcı bildirib ki, anasına qulluq edən xəstə baxıcısı qadın evdən küllü miqdarda pul və zinət əşyası oğurlayıb.

“Artıq çoxunuz bilirsiz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı Günay kimi təqdim edən qadın gəldi. Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. 3 qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşına bir neçə gün qalmış əmək haqqının yarısı ödəməmi istədi. Mən də razılaşdım”.

Anasına baxan qadının bir çox bəhanələrlə tez-tez getdiyini ifadə edən aparıcı deyir ki, elə bu müddətlərdə evdən bir neçə dəyərli əşyanın itdiyini hiss edib.

“Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stressli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim.Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım. Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da üç-beş gün ərzində 3-5 gün ərzində evdən çıxmamışdı”.

Pulların evindəki qadın tərəfindən götürüldüyünə əmin olan Sona Rəsulova hadisə ilə bağlı 102 polis xidmətinə müraciət edib.

“Gecə saat 00:00 keçmişdi onu yanıma çaqırdım. Ona itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən safetkaya bükülmüş halda çıxardı. ”Ehtiyacım var idi” dedi. “Bəs pulun yerini haradan bilirdin?” soruşanda isə “Mən evdə hər yeri axtarırdım” cavabı verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi. Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhəti daha da yaxşılaşır. Deməli o anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın. Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa Lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda Cinayət işi başlanılıb. Ümid edirəm oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90