image-rt-reklam
image-150ae1adb7c0b30e58aa0fc53449c064backend

Taliban ABŞ-dan qalan 7,1 milyard dollarlıq hərbi texnikanı ələ keçirib – ŞOK SİYAHI AÇIQLANDI

image-728x90

ABŞ qoşunlarının 2021-ci il 30 avqustda Əfqanıstandan çıxmasından sonra Taliban hərəkatı ümumi dəyəri təxminən 7,1 milyard dollar olan hərbi texnikanı ələ keçirib. Bu texnika əvvəllər ABŞ tərəfindən Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təhvil verilmişdi.

Ulusal.az xəbər verir ki, Talibanın ələ keçirdiyi texnika arasında 167 ədəd hərbi təyyarə də var. Onlardan 78-i Kabildə demilitarizasiya edilib və bu kateqoriyanın ümumi dəyəri təxminən 923 milyon dollar təşkil edir.

Hərəkat həmçinin 40 mindən çox zirehli texnika və nəqliyyat vasitəsini, o cümlədən Humvee, MRAP, M113 və müxtəlif yük maşınlarını ələ keçirib. Bundan əlavə, 300 mindən çox atıcı və ağır silah, eləcə də təxminən 42 min ədəd əlavə avadanlıq — rabitə sistemləri, gecəgörmə cihazları və biometrik avadanlıqlar Talibanın əlinə keçib.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın tərk etdiyi bu silah və texnika Talibanın bölgədəki hərbi imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib və təşkilata həm hərbi, həm də psixoloji üstünlük qazandırıb.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90