image-rt-reklam
image-ad653b4c-222d-441d-892e-5f5b75747723backend

Taksi sürücülərindən şəhidlərlə bağlı möhtəşəm aksiya – FOTO

image-728x90

İstanbulda şəhidlər üçün toplaşan taksi sürücüləri maşınları ilə ay-ulduz simvolu yaradıblar.

Ulusal.az xəbər verir ki, Yenikapı tədbir sahəsinə toplaşan taksi sürücüləri əllərində türk bayraqları ilə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndiriblər.

İraqın şimalında “Claw-Lock” əməliyyatı nəticəsində şəhid olan əsgərlər üçün Qurani-Kərim oxunub. Onlar 1 dəqiqəlik sükutdan sonra Dövlət Himnini oxuyublar.

Qrup adından açıqlama verən İstanbul Taksi sürücüləri Dərnəyinin sədri Dəniz Dündar Türkiyə dövlətinin bölünməz bir bütöv olduğunu və millətin terror aktlarına əsla boyun əyməyəcəyini bildirib.

“Vətən və millət üçün çiyin-çiyinə, birlik və bərabərlik içində, hər birinə güvənərək bu çətin günlərdən də çıxacağıq. Heç kimin şübhəsi olmasın ki, bu ölkənin övladları indiyə qədər terrora təslim olmayıblar və olmayacaqlar”.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90