image-2000x150
image-news_20240418101828backend

“Taksi” filmini təkrarlamaq istədi,tutuldu – VİDEO

image-728x90

Astara rayon sakini Kamran Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Üzərində taksi nişanı olan avtomobilin sürücünün qanunsuz hərəkətləri təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

“Taksi” filmini Astara küçələrində canlandırmaq istəyən sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə o sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90