Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik siyasi mühitin tərəfdarı olub. Son vaxtlar, xüsusilə də ölkəmizin tarixi Zəfərindən sonra Azərbaycanda və regionda yeni geosiyasi reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ümummilli maraqlar naminə vahid yumruq kimi birləşmək əzmində olduğunu göstərdi. Təbii ki, bu yeni reallıqlar şəraitində siyasi partiyalar arasında münasibətlərin də yeni müstəvidə qurulmasına ehtiyac yaranıb. Prezident İlham Əliyev öz çıxışlarında yeni siyasi konfiqurasiya ilə bağlı mesajlarını verib.
Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə işlər davam edir. Ümummilli maraqlar naminə siyasi partiyaların hər zaman konstruktiv dialoq qurması və əməkdaşlıq etməsi üçün imkanlar və perspektivlər var.