image-rt-reklam
image-3backend

Tacikistan və Azərbaycanın nəqliyyat sektorunda əməkdaşlığı daha da genişlənəcək

image-728x90

Son illərdə ölkəmizin iqtisadi-siyasi gücünün artması, onun Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsi, bütün sahələrdə Azərbaycanın uğurları dünyada ona olan diqqəti daha da artırmışdır. Xüsusilə də parlaq qələbə ilə nəticələnən Vətən müharibəsindən sonra işğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyümüzün tam bərpa edilməsi ölkəmizə olan hörməti gücləndirib. Prezident İlham Əliyevin artan nüfuzu, yeritdiyi uğurlu xarici siyasət, ölkəmizin iqtisadi qüdrətinin artması və onun Cənubi Qafqazda lider dövlətə çevrilməsi, Avropanın və bir sıra digər qonşu dövlətlərin enerji təminatında oynadığl rol, Azərbaycanın Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevrilməsi bir çox dövlət başçılarının ölkəmizə səfərlərini intensivləşdirib. Bununla əlaqədar son vaxtlarda Qazaxıstan, Konqo, Gürcüstan, Qırğızıstan, Bolqarıstan, Belorus və Slovakiyanın dövlər başçılarının Azərbaycana səfərlərini qeyd etmək yerinə düşər.
Həmçinin Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Hazırda Mərkəzi Asiya ölkələrindən, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub.
Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında əhəmiyyətli nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək, Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Azərbaycan-Tacikistan münasibətləri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq uğurla inkişaf etdirilir. İki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət göstərəcək növbəti səfər mayın 22-də baş tutub və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana növbəti dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ olmuşdur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Tacikistanın Prezidenti Emoməli Rəhmonun təkbətək və geniş tərkibdə görüşləri keçirilib. qeyd edilib ki, səfərin əsas məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Yüksək səviyyəli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə edilib, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək və iki dövlət üçün əhəmiyyətli olan sənədlər imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə geniş tərkibdə görüşdə deyib ki, “Təbii ki, bizim müzakirə etdiyimiz mövzulardan biri də Tacikistanın və Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun yeni imkanlarının nəzərə alınması ilə nəqliyyat sektorunda əməkdaşlıqdır. Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq”.
Vurğulanıb ki, Transxəzər nəqliyyat dəhlizi Avropa regionu və Mərkəzi Asiya regionu üçün getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır.
Görüşdə çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon bildirib ki, Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir.
Tacikistan Prezidenti, həmçinin deyib: “Bizim aktual regional və beynəlxalq məsələlərdə mövqelərimiz eynidir. Ölkələrimizin xalqlarının daha da yaxınlaşmasına yönələn humanitar əlaqələr fəal inkişaf edir”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90