Keçmiş müavin Svetlana Hüseynovanın məhkəməyə verdiyi 38 müəllimdən bir neçəsi onun təzyiqlərindən və təxribatlarından şikayət edir.
Son günlər sosial şəbəkələrdə və mediada adı tez-tez hallanan 201 saylı tam orta məktəbdə deyəsən, nəhayət ki, əsl araqarışdıranlar aşkar olunub. Məktəbin sabiq direktor müavini Svetlana Hüseynovanın fəaliyyəti ətrafında yeni iddialar ortaya çıxıb. Məlumata görə, Hüseynova məktəbdə çaxnaşma yaratmaq məqsədilə bir sıra keçmiş əməkdaşları ilə birlikdə koordinasiyalı şəkildə hərəkət etməyə cəhd göstərib.
Svetlana Hüseynovadan öz keçmiş iş yoldaşları bildirir ki, son 18 ayda 214 dəfə məhkəmə iddiası qaldıran peşəkar böhtançı Svetlana Hüseynova hazırda keçmiş iş yoldaşlarını – 38 nəfər müəllimi təkrar-təkrar məhkəməyə verir. Məktəbin içində onun icraçıları olan Saleh Məmmədov, Kəmalə Mönsümova, Lalə Şəfəqətova və Aybəniz İbrahimova ilə mütəmadi əlaqə saxlayaraq məktəbdə sabitliyi pozmağa yönəlik addımlar atır.
Daxil olan səs yazılarında və sənədlərdə iddia olunur ki, bu şəxslər məktəb daxilində müxtəlif təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə cəhd ediblər. Səs yazılarından birində Teymur Həsənovun Saleh Məmmədova zəng edərək 102 Zəng Xidmətinə şikayət etməyi və yanlış məlumatlar verməyi tövsiyə etdiyi bildirilir. Digər səs yazılarında isə Svetlana Hüseynovanın Aybəniz İbrahimova və Kəmalə Mönsümova ilə əlaqə saxlayaraq məktəb daxilində qarışıqlıq yaratmağı tapşırdığı qeyd olunur.
Qeyd edilən üç müəllim – Saleh Məmmədov, Kəmalə Mönsümova və Lalə Şəfəqətova artıq əmək fəaliyyətinə xitam verilmiş şəxslərdir. Mənbələrin iddiasına görə, bu şəxslərin məktəb daxilində müxtəlif etika və peşə qaydalarına zidd davranışlara yol verdikləri qeyd olunur.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının və Təhsil Nazirliyinin mövqeyi gözlənilir.
Məsələ ilə bağlı yazıda adları keçənlərin mövqeyini öyrənmək mümkün olmadı. Onlarında münasibətini dərc etməyə hazırıq.xalq.onlane