Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.
Ulusal.az xəbər verir ki, bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir.
T.Novruzov bildirib ki, bu il Şuşanı xeyli sayda insanlar ziyarət edib.
“Bu il Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir və insanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”, – deyə o əlavə edib.