image-rt-reklam
image-5backend

Şuşa-Laçın yolunda Qarabağdan çıxan tıxaclı hayk köçünün yeni görüntüləri yayıldı…-VİDEO

image-728x90
Yuxarı Qarabağdan könüllü olaraq Ermənistana getməyə qərar verən haykların köç karvanının yeni görüntüləri yayılıb.

 

 

 

Ulusal.az xəbər verir ki, Xankəndi-Şuşa-Laçın-Gorunzur yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində, o cümlədən ötən il Azərbaycan dövləti tərəfindən çəkilmiş alternativ yolda ermənilərin minik və yük avtomobillərinin yaratdığı  kilometrlərlə uzanan tıxacın video-görüntüləri sosial şəbəkələrin erməni seqmentində paylaşılıb.
P.S. Görəsən, həmin tıxaclarda qalanlar 30-32 il öncə Xankəndindən, Xocalıdan, Şuşadan, Laçından, Kəlbəcərdən, Zəngilandan və s. erməni hərbi birləşmələrinin elə bu günkü “sülhməramlı” Rusiyanın dəstəyi ilə zorla, özü də amansızlıqla atəşə tutub, əsir götürüb, işgəncə verib qətlə yetirə-yetirə çıxardıqları Azərbaycan türklərinin, kürdlərinin və s. köçünü xatırlayırlarmı və ya həmin olayların video-görüntülərini görüblərmi? Şükür etsinlər ki, bizim soydaşlarımızdan qat-qat fərqli olaraq lap saatlarla tıxacda qalsalar da, təhlükəsiz şəkildə Azərbaycan əsgərinin hücumuna, atəşinə məruz qalmadan çıxırlar…
Moderator.az
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90