Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Müasir dövrdə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Lakin ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Ən yeni raketlərin, güclü silahların, topların, döyüş maşınların ola bilər. Lakin sənin qorxmaz, mərd, cəsur əsgərlərin yoxdursa, məğlub olarsan. “Öncə Vətəndir!” deyən oğullardır bizi yenilməz edən. Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidi!… Şah İsmayıl Xətainin bir deyimini xatırlayıram: “Qılınc həmin qılıncdır, qol o qol deyil”. Bəli, silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir… Əsgərin sözləri, məğrurluğu, qürurlu baxışları xoş təəssürat yaradır. Bölmədə döyüş ruhu, mənəvi-psixoloji hazırlıq ilk baxışdan hiss olunur. Bölmənin şəraiti ilə tanış olduqda görürük ki, əsgərlərin uğurlu xidməti üçün hər cür şərait var. Həm səngərləri, sığınacaqları möhkəmdir, həm də məişət şəraitləri qaydasındadır. Düşmənlə təmas xəttində belə nümunəvi şəraitin olması, komandanlıq tərəfindən hər bir əsgərə yüksək diqqət və qayğı göstərildiyinin bariz nümunəsidir.
“Güclü ordu qurmuşuq. Bu ordu düşməni 44 günərzində darmadağın edib, onları diz çökdürüb vətorpaqlarımızdan qovub. Gözəl gənc nəsilyetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhdatərbiyə almış gənc nəsil. Həmin bu gənclər bizimtorpaqlarımızı azad ediblər. Laçını, Kəlbəcəri, ovaxt işğal altında olan digər torpaqları görməyən, bu bölgələrdən olan gənclər ölümə getməyəhazır idilər, ölümə də gedirdilər. Allah bütünşəhidlərimizə rəhmət eləsin. Biz onlarınqəhrəmanlığını heç vaxt unutmayacağıq…”. AliBaş Komandan bunu igid övladlarımızınqəhrəmanlığı, şücaəti sayəsində azad edilmişLaçın rayonunun əbədi sakinləri ilə görüşündəsöyləyirdi.
Azərbaycan Ordusu əsl gücünü Vətənmüharibəsində nümayiş etdirdi. 44 gün ərzindəaddım-addım irəliləyib üzü Şuşaya doğru getdi. Vətən daşı, yastığı, yorğanı bəmbəyaz qar oldu, Azərbaycan əsgərinin. Heç nədən qorxmadı, AliBaş Komandanın tapşırıqlarını canı, qanıbahasına yerinə yetirdi. Əsl dastanı Şuşadayazdı!..
Şuşanın azad edilməsi əməliyyatınınhazırlanması, ilkin icrası və gedişi prosesindəkomandanlığı Azərbaycan Prezidenti, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevşəxsən özü həyata keçirirdi. Hər saat, hərdəqiqə əməliyyat barədə məlumat alır, konkretəmrlərini verirdi. Əməliyyat hazırlanarkənPrezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərəalınmalı, şəhər dağıdılmadan tarixi görkəmiqalmaq şərtilə azad olunmalıdır. Döyüşlərin ənqızğın çağında, ölüm-qalım məsələsinin həllolunduğu bir məqamda, mənəvi, mədənidəyərləri düşünmək bu torpağa, bu elə, bu xalqasevginin ifadəsi idi. İndi də bu məqamda özOrduya döyüşlərdə ağır artilleriyadan tam gücüilə istifadə etməməyi əmr edirdi. Doğrudur, artilleriyadan əsasən, Şuşa ətrafında olanErmənistan mövqeləri və atəş nöqtələri hədəfgötürüldü və darmadağın edildi, düşmən böyükitki verdi. Əsgərlərimiz hava zərbələriendirmədən doğma Şuşamızı azad etdi. Həmindöyüşlərin iştirakçılarının dediklərinə görə, havabuludlu keçdiyindən heç pilotsuz uçuşaparatlarının imkanlarından da yararlanabilmədiklərindən, hətta kəşfiyyatınaparılmasında müəyyən çətinlik də yaranmışdı. Lakin bütün bunlar peşəkar, mübariz, əzmkarəsgərlərimiz üçün maneə olmadı. Üçrənglibayrağımız Şuşaya sancıldı. Bu bayraq həm dəox olub düşmənin ürəyinə batdı. Düşmənməcbur olub məğlubiyyət aktına imza atdı.
Nəsimi rayon gənci
Aqil Ağayev