Azərbaycanın ədalətli müharibəsi tarixi Zəfərlə tamamlandı, torpaqlarımız işğaldan azad edildi. Bu müharibədə Türkiyə Azərbaycanın yanında idi. Müharibə ərəfəsində Türkiyənin Mü¬da¬fiə naziri Hulusi Akar demişdi ki, Türkiyə Azərbaycanın yanındadır. Bu, böyük mənəvi dəstək idi. Azərbaycanın tarixi qələbəsi Türkiyədə də böyük coşqu ilə yaşanıldı.
2021-ci il iyunun 15-də Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı. Bu sənəd tarixi sənəd idi, Azərbaycanla Türkiyənin qardaşlığını bir daha təsdiqləyən sənəd idi. Bu ta¬rixi sənədlə – Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələ¬si¬nin əsası qoyuldu. İyunun 15-də! Tarixi gündə imzalanan tarixi sənəd bir millət, iki dövlət ara¬sın¬da mənəvi birliyin bəyannaməsi kimi qəbul edildi.
Siyasətçilər Şuşa Bəyannaməsini mühüm sənəd adlandırır: müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırdığına görə, qardaşlığın yeni tarixi mərhələsi olduğuna görə, bu iki dövlət arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etdiyinə görə.
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əmək¬daşlıq sahələrini, o cümlədən ölkələrimiz arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müs¬tə¬vidə birgə əməkdaşlığı, iqtisadiyyatı, enerji təhlükəsizliyini, mədəniyyəti, təhsili, ordu quruculuğunu və digər strateji sahələri də əhatə edir.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kə¬lam¬ları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbay¬canın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Bu Bəyannamə mahiyyəti etibarilə hərbi əməkdaşlıq sənədidir. Bəyannamə müdafiə sa¬hə¬sində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərini də əhatə edir ki, bu da tarixi baxımdan qardaşlığın ruhunu müəyyənləşdirir. Bəyannamə həm də sabahalrın əməkdaşlıq sənədidir. Azər¬bay-canla Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sa¬hə¬sində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilot¬suz uçuş aparatları böyük rol oynadı. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edə-cək. Bəyannamədə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən forma¬laş¬dırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyət¬lə-rinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında dönməz əməkdaşlıq, səlahiyyətli strukturların və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi də nəzərədə tutulub.
Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq dedi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhə¬rin¬də “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak etdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti Azərbaycanla Türkiyə arasında qardaşlığın mənəvi bağlılıq olduğunu da ifadə etdi.
Şuşa Bəyannaməsi tarixi sənəd kimi tarixə bir mesaj oldu: Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı