image-rt-reklam
image-1backend

Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxdı

image-728x90

“Mercedes” markalı avtomobilin sürücüsü Ağaseyid Ağayev Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən stasionar postda saxlanılıb. Sənədlərin yoxlanılması zamanı taksi fəaliyyəti ilə məşğul olduğunu bildirən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan A.Ağayev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90