Suriyada “Ağ dəbilqəlilər” təşkilatı özünü ləğv edib.
Ulusal.az xəbər verir ki, məlumatı təşkilatın lideri Munir Mustafa Dəməşqdə keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, təşkilat mayın 31-dən iyunun 1-dək keçirilən illik toplantısında Suriya hökuməti ilə birləşməyə qərar verib. Mustafa dəyərlərə və prinsiplərə sədaqətlə aparılan mübarizənin bu gün onları tarixi bir dönüş nöqtəsinə gətirdiyini bəyan edib:
“Bu gün 11 ildən sonra Baas rejiminin süqutu və dəyərlərimizə sadiqliyimizlə ölkəmiz üçün əhəmiyyətli bir addım atırıq. Suriyanın hər küncündə xalqına kömək əlini uzadan bir struktur olaraq, bu qərarın Suriya xalqının ən yüksək maraqlarını qoruyacağına inanırıq. Fövqəladə Hallar Nazirliyinə təhvil verilməyimiz milli səviyyədə koordinasiya və effektivliyin artırılmasını hədəfləyir. Bu yolla ölkə daxilində fəlakətlərə daha tez və koordinasiyalı şəkildə reaksiya veriləcək”.publika.az