image-rt-reklam
image-1backend

Suriyada əməliyyat an məsələsidir – Türkiyənin PKK-ya verdiyi vaxt dolmaq üzərədir + VİDEO

image-728x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyadakı terrorçu qruplarla bağlı işlətdiyi “Bir gecə qəflətən gələ bilərik” ifadəsi, ardınca isə Türkiyə xarici işlər naziri Hakan Fidanın PKK-YPG terror qruplaşmasına qarşı mümkün hərbi əməliyyat xəbərdarlığı fonunda Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu həyəcan vəziyyətinə gətirilib.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Qeyd olunub ki, bütün sseanrilə hazır olan rəsmi Ankara Suriyadakı terrorçu qruplara dinc yolla silahı yerə qoymq və bölgəni tərk etməklə bağlı son çağırışını edib. Qoşunların ola biləcək mümkün əməliyyata hazır vəziyyətə gətirildiyi, Türkiyənin səbrinin artıq tükənmək üzrə olduğu, həmçinin terror təşkilatının ləğvi istiqamətində bütün addımların atılmasının an məsələsi olduğu diqqətə çatdırılıb.

“Türkiyə Gazetesi”ndə yer alan xəbərə görə, ilk mərhələdə Suriyadakı PKK-YPG-nin tərkibindəki suriyalı olmayan terrorçular ən qısa zamanda ölkəni tərk edəcəklər. Həmçinin Türkiyə, İran, İraq və Avropadan gələn PKK kadrları da qeyd-şərtsiz bölgədən ayrılacaqlar. İkinci mərhələdə isə suriyalılar da daxil olmaqla YPG-nin bütün komandanlığının Suriyanı tərk edəcəyi bildirilir. Qeyd olunur ki, Suriya vətəndaşı olanlar da silahlarını yerə qoyacaq və onların yeni sistemə inteqrasiya edilib-edilməyəcəyini Suriya rəhbərliyi müəyyənləşdirəcək.

O da bildirilir ki, qansız və problemsiz bir keçid istəyən Ankara da bütün mümkün ssenarilər üçün hazırlıqlara başlayıb ki, bunlardan biri də hərbi əməliyyatlardır. Milli Müdafiə Nazirliyi mənbələri, bir həftə ərzində Suriyada hərbçilərə qarşı 100-ə yaxın hücum cəhdinin edildiyinə, əməliyyat bölgələrində əsgərlər üçün bütün təhlükəsizlik tədbirlərinin alındığına diqqət çəkib. Bu istiqamətdə Türkiyə müdafiə naziri Yaşar Gülər bir müddət əvvəl Baş Qərargah rəisi və komandirlərlə birlikdə 6-cı Korpus və Birgə Xüsusi Missiya Komandanlığı Baş Komandanlıq məntəqəsində yoxlamalar aparıb.

O da bildirilir ki, Suriya Milli Ordusu (SMO)“sülh çeşməsi” əməliyyatı bölgəsinə, yəni terror təşkilatı PKK-YPG ilə şərti sərhəddə ağır silahlardan ibarət hərbi birliklər köçürüb. Hərbi qüvvələrin Hələbin Ayn əl-Ərəb rayonu, Rakka vilayətinin Ayn İsa rayonu və Tel qəsəbəsinə yerləşdiribldiyi vurğulanıb. SMO Birgə Qüvvələrinin Rəs əl-Ayn komandanı Əbu Abdullah Məhəmməd verdiyi açıqlamada, bütün cəbhə xəttlərinə köçürmələr edərək hərbi hazırlıq içərisində olduqlarını, eləcə də qoşunların həyəcan vəziyyətinə gətirildiyini bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90