image-rt-reklam
image-1backend

Suriya kəşfiyyatının yeni rəhbəri açıqladı – Əsədin işgəncə sistemi ləğv edilir

image-728x90

Suriya Baş Kəşfiyyat İdarəsinin rəisi Enes Xəttab ölkənin təhlükəsizlik qurumlarının yenidən qurulacağını açıqlayıb.

O, Suriya xalqının 13 illik fədakarlıq və səylərindən sonra Əsəd rejimi üzərində qələbə qazandığını deyib.

“Təhlükəsizlik qurumları yenidən qurulacaq, bütün təhlükəsizlik bölmələri ləğv edilərək xalqımızın tarixinə, mübarizəsinə və keçmişinə layiq şəkildə formalaşacaq”, – Xəttab bildirib.

Ölkənin yeni kəşfiyyat şefi devrilmiş Əsəd rejimi dövründə təhlükəsizlik qurumlarının 50 ildən çox insanlara işgəncə verdiyini söyləyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90