Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Prezident İlham Əliyev fərman imzalayıb.
Ulusal.az fərmanın mətnini təqdim edir:
1. Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.
3. “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1124 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1. adından “Kimya” sözü çıxarılsın;
3.2. 1-ci hissədən “Kimya” sözü çıxarılsın və həmin hissəyə “Parkı” sözündən sonra “(bundan sonra – Sənaye Parkı)” sözləri əlavə edilsin;
3.3. 2-ci hissə üzrə:
3.3.1. 2.1-ci bənddə “sənaye parkı” sözləri “Sənaye Parkı” sözləri ilə əvəz edilsin;
3.3.2. 2.2-ci bənddən “Sumqayıt Kimya” və “neft-kimya və digər” sözləri çıxarılsın;
3.4. 3-cü hissə üzrə:
3.4.1. 3.1-ci bənddən “Sumqayıt Kimya” sözləri çıxarılsın;
3.4.2. 3.2-ci bənddən “Sumqayıt Kimya” sözləri çıxarılsın və həmin bəndə “müəyyənləşdirilməsi,” sözündən sonra “həmin istiqamətlərə uyğun sənaye və xidmət sahələrinin yaradılması və onların inkişafının dəstəklənməsi,” sözləri əlavə edilsin;
3.5. 4-cü hissədən “Sumqayıt Kimya” sözləri çıxarılsın;
3.6. 8-ci hissə ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 379 (Cild I); 2024, № 6 (I kitab), maddə 662; 2025, № 2, maddə 109) ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin 1.1-ci bəndindən “Kimya” sözü çıxarılsın.