“Ermənistandan Qarabağa silahlıların daşınması davam edir və bu birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında həyata keçirilir. Həmçinin Rusiya sülhməramlıları hava nəqliyyatından da istifadə edirlər. Bunun qarşısı alınmalıdır”- bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Azərbaycanın diqqətdə saxlamalı oluğu əsas məsələlərdən biri rus kontingentin Qarabağa helikopterlə daşıdıqları yüklərə nəzarət mexanizmini işə salmaqdan ibarətdir.
” Rus kontingenti ərazilərimizə silah, sursat, texnilka, mina daşınmasına və yerləşdirilməsinə mane olmayıb. Bu gün bu silahlar daşınır və buna nəzarəti sülhməramlılar həyata keçirir. Tezliklə bunun qarşısı alınmasa böyük fəsadlara yol açacaq.” -deyə Arzuman Muradlı bildirib.























