image-2000x150
image-1backend

Sülhməramlılara görə Xankəndidə seçki məntəqəsi açılacaq

image-728x90

Rusiya prezident seçkisi günü Xankəndidə səyyar seçki məntəqəsi işləyəcək, məsələ Bakı ilə razılaşdırılıb.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Xankəndidə məntəqə Qarabağda sülhməramlı kontingentin yerləşməsi ilə əlaqədar açılacaq. Onun sözlərinə görə, daha bir səyyar məntəqə Gəncədə təşkil olunacaq, Bakıdakı səfirlikdə isə stasionar seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səfir vurğulayıb ki, Azərbaycan təhlükəsiz ölkə olduğundan diplomatik nümayəndəlikdə xüsusi tədbirlər nəzərdə tutulmur.

Evdokimov qeyd edib ki, səfirlik “həmişəkidən daha çox insanın səs verəcəyinə” hazırdır.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Rusiya Mərkəzi Seçki Komissiyası səsvermənin üç gün – martın 15, 16 və 17-də davam edəcəyinə qərar verib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90