image-rt-reklam
image-rus-sulhmeramli-yenibackend

“Sülhməramlılar Qarabağdan çıxır”-Arzuman Muradlı

image-728x90

“Hadisələrin gedişi onu göstərir ki, Rusiya sülhməramlıları da iki ildən sonra Qarabağı tərk edəcək. Ölkə başçısı İlham Əliyevin dünənki çıxışında Qarabağla bağlı bir çox məqamlara aydınlıq gətirildi.” –Ulusal.az-a bu fikirləri politolq Arzuman Muradlı bildirib.

image-1677060887_arzuman-teze-1-2

Politoloq hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağdan getməsi mütləqdir.

“Regiondakı dəyişiklər onu göstərir ki, Rusiya sülhməramlıları sülhə nəzarət edə bilmirlər. Rusiya sülhməramlı kontingentini Qarabağdan yola salmağa nail olduqdan sonra bu ölkənin bölgəyə təsir imkanları azalacaq. Ermənistan üçün Qarabağ itkisi İrəvanın Kremllə münasibətlərini daha da gərginləşdirəcək. Ermənistanda “Rusiya hərbi bazasını çıxartmaq lazımdır”, “Rusiyanın əvəzinə İrandan qaz alaq”, “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmalıdır” kimi şüarlar gur eşidiləcək. Bu baş nazir Nikol Paşinyanın da maraqlarına cavab verir. Ancaq ayrılma ağrılı keçəcək. Kreml Ermənistanı cəzalandırmağın yollarını arayacaq, çünki Rusiya Cənubi Qafqazdakı son forpostunu tərk etmək istəməyəcək. Ermənistan uğrunda Qərblə Rusiya arasında nüfuz mübarizəsi güclənəcək. Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalması Azərbaycanın da maraqlarına uyğundur. Rusiyanın təsir alətləri azalarsa regional əməkdaşlıq üçün yeni fürsətlər yaranacaq.”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90