image-2000x150
image-anti-terrorbackend

“Sülh müqaviləsi olmasa, anti-terror əməliyyatı qaçılmaz olacaq” – Arzuman Muradlı

image-728x90

” Azərbaycan prezidenti İlham Əliyev dünən Şuşada bir daha bəyan etdi ki, Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Bu o deməkdir ki, Azərbaycan istənilən an Qarabağda anti-terror əməliyyatına başlaya bilər. Bütün hakim yüksəkliklər bizim nəzarətimizdədir. Artıq hakim yüksəkliklərdən yavaş- yavaş aşağı enmək prosesi başlayacaq. ” – bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, ermənilərin sülh müqaviləsi bağlaması, Qarabağdan silahlı şəxslərin çıxması üçün qısa zamanı var.

” 44 günlük savaşda qalib tərəf Azərbaycandır. .Artıq Qərb də, ABŞ-da  Ermənistana mümkün təzyiqlər etməyə başlayıb. Ermənilər sülh müqaviləsi bağlamasa Azərbaycan real hərbi əməliyyata başlaya bilər. Azərbaycan və Ermənistanın strateji çəkiləri müqayisə olunmazdır. Azərbaycan kollektiv Qərbin enerji təhlükəsizliyində xüsusi rol oynayır. Nəqliyyat, ticarət yolları Azərbaycandan keçir. Üstəlik, orta dəhlizin bir hissəsi Azərbaycandan keçir ki, burda Çinin də maraqları bizimlə üst-üstə düşür. Azərbaycan burada Çinin də səssiz dəstəyini alır. Bu baxımdan, Azərbaycanın strateji mövqeyi, çəkisi və enerji təhlükəsizliyində artan rolu, ticarət və iqtisadi əlaqələri böyük önəm kəsb edir. Həmçinin, Azərbaycanın Böyük Britaniya və İsrail kimi müttəfiqlərinin olduğunu, Avropa Birliyi ilə enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan sənədlə Avropanın enerji təminatında artan rolunu, ABŞ-nin münaqişənin həllində maraqlı olduğunu nəzərə alsaq, əsas təzyiqlər Azərbaycana deyil, Ermənistana olacaq. Bir sözlə Ermənistan reallığı qəbul etməsə onlar üçün çətin olacaq. Sülh müqaviləsi olmasa, anti-terror əməliyyatı  qaçılmaz olacaq”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90