image-rt-reklam
image-indirbackend

Sülh müqaviləsi bağlansa nə baş verəcək?- Köçəryan və Sarkisyan Azərbaycana təhvil veriləcək

image-728x90

Artıq Azərbaycan addım-addım öz istəklərinə nail olur. 2023-cü ilin Azərbaycan tarixində xüsusi bir yeri var. Məhz cəmi 24 saatlıq anti-terror tədbirləri ilə Azərbaycan öz suveren ərazilərini bərpa etdi. Ermənistan -Azərbaycan arasında sülh müqaviləsinin bağlanması artıq reallığa çevrilib. Elə erməni tərəfi də anlayır ki. sülh müqaviləsi bağlanmasa Ermənistan öz iqtisadiyyatını düzəldə bilməyəcək. Amma yüz ildir ermənilərlə qonşuluqda yaşayan həm azərbaycanlılar, həm də digər xalqlar  ermənilərin öz tarixi riyakarlığından və məkrli xislətindən əl çəkib bunda sonra qonşuları ilə dinc və sülh şəratində yaşamalarını müəmmalı görürlər. Amma tarixi reallıq erməniləri buna məcbur edir.

Əlbəttə, kimin vasitəçilik etməsindən asılı olmayaraq, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sülh, əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasına müsbət təsir göstərəcək. Bu müqavilədən irəli gələcək müddəalar çərçivəsində həm Azərbaycan, həm də Ermənistan vətəndaşlarının əlaqləri üçün əlverişli imkanlar yarana bilər.

Lakin bu məsələdə bir məqamı da nəzərə almaq lazımdır. İkitərəfli sülh sazişinin imzalandığı təqdirdə Ermənistanın bu müqaviləyə əməl edib-etməməsi, hətta bu sazişin imzalanmasından sonra İrəvanın təxribatlara əl atmayacağı sual altında qalır. Çünki son yüz il ərzində ermənilərin sərgilədiyi davranışlar və hərəkətlər onlara olan etimadın itməsinə gətirib çıxarıb.

Sülh müqaviləsinin imzalandığı təqdirdə qarşı tərəfin bu müqavilədən irəli gələcək öhdəliklərini yerinə yetirib-yetirməməsi sual altında qala bilər.

Bunu yalnız gələcək göstərəcək. Əgər sülh müqaviləsinin imzalanmasından sonra İrəvan öz hüquqi öhdəliklərini məqsədyönlü şəkildə pozarsa, onda Azərbaycan yenidən sülhə məcburetmə əməliyyatlarına başlayacaq. Yəni prinsip etibarı ilə Ermənistana tam güvənə bilmərik. Sülh müqaviləsindən sonra Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlar törətməyəcəyini ehtimal etmək qeyri-mümkündür.

Amma nəzərə alaq ki, artıq rəsmi İrəvan anlayır ki, düşdüyü labirintdən çıxış yolu yoxdur. Bu labirintdən çıxmaq üçün mütləq Azərbaycan və Türkiyənin dəstəyi lazımdır. İndi Qərbdə də anlayırlar ki, regionda sülh müqaviləsinin bağlanması enerji resurslarının daha tez Avropaya nəqlinə imkan verəcək.

Başqa bir maraqlı məqam isə sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın üzərinə götürəcəyi öhdəliklərdir.

Bu öhdəliklərdən biri sözsüz ki, “Zəngəzur dəhlizi”nin açılmasıdır. Bundan əlavə erməni mediasının və bəzi ekspertlərini qorxuya salan və talaşla haqqında danışdıqları terroçuların Azərbaycana verilməsidir. Qarabağda terror törətmiş şəxslərdən bəzisi etiraf edir ki, əgər sülh müqaviləsi bağlansa rəsmi İrəvan onları Azərbaycana təhvil verə bilər.

Çünki sülh müqaviləsi bağlandıqdan sonra Ermənistan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verdiyi Qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən terror törətmiş və beynəlxalq  axtarışda olan şəxsləri Azərbaycana təhvil verə bilər.

Bu şəxslərin içərində Robert Köçəryanın, Serj Serkisyanın, Vitali Balasanyan kimi canilərin adı var. Əgər Paşinyan xilas yolunu düşünürsə bu iki cani daxil olmaqla terroçuları Azərbaycana təhvil verməlidir…

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90