image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Sülh müqaviləsi bağlanmasa Ermənistan daha şox şey itirəcək” – Arzuman Muradlı

image-728x90

“Paşinyan bu gün verdiyi açıqlamada “Ankarayla barışıq siyasəti aparılmasına çalışılan vaxtda İrəvanda Azərbaycan və Türkiyə siyasətçilərini qətlə yetirən terrorçulara abidə qoyulması yersiz idi.”- deməsi sadəcə danışıqlar ərəfəsində blefdir” – Ulusal.az -a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib ki, Qərb danışıqlar raundunda uduzmamaq üçün hərəkətə keçib. Bu da  Rusiyanın qısqanclıq nümayiş etdirməsinə səbəb olub.

“Lakin sonradan Kişinyov görüşü, dördlü, beşli format məsələsi meydana çıxdı. Fransanın indiki qarşıdurmalarda ortaya qoyduğu mövqe kifayət qədər diqqət cəlb edir. Bu mənada düşünürəm ki, Azərbaycan tərəfi Fransanı bir tərəf olaraq masada görmək istəmir. Prezidentin açıq mətnlərlə çağırışı var idi. Hesab edirəm ki, sonuncu dəfə bu görüşlərdən əvvəl yoxlama məqsədilə bölgəyə gəlmiş Fransa xarici işlər nazirinin səfərindən sonra biz belə bir mahiyyəti də izləməli idik. Yəni Azərbaycan birmənalı şəkildə Ermənistana vəkillik edən və gəlib həmin danışıqlar masasında əyləşəcək ölkəyə ehtiyac duymur. Məhz bu amillər əsas verir ki, Nikol Paşinyan Brusselə getməzdən öncə bu açıqlamanı verib. ”-deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki,  Ermənistan dalana dirəndiyinin fərqindədir.

“Ermənistan rəhbərliyi çətin durumla üz-üzə qaldıqlarının fərqindədirlər. Erməni cəmiyyəti artıq anlayır ki, sülh müqaviləsi bağlanmasa Ermənistan daha şox şey itirəcək. “- Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90