“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi hələ də qalmaqdadır”.
Ulusal.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərin sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, bir gün əvvəl İrəvan saziş layihəsi ilə bağlı Bakıdan cavab alıb.
“Bu, artıq sülh müqaviləsinin on ikinci nəşridir. Sənəddə Azərbaycanın əvvəlki təkliflərimizə münasibəti öz əksini tapıb. İndi biz cavab təşəbbüslərini formalaşdırmaq üçün bunu təhlil edirik”, – deyə hökumət başçısı qeyd edib.
Azərbaycanın İrəvanın iki bənd üzrə təkliflərini qəbul edib-etməməsi ilə bağlı sualı cavablandıran Paşinyan deyib: “Həll edilməmiş iki maddə eyni qalır. Müzakirə hələ də davam edir”.
“Biz öz təkliflərimizi təqdim etmişik və Azərbaycandan müsbət cavab alacağımıza ümid edirik. Onlar iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasına, o cümlədən Azərbaycanın qərb rayonlarından Ermənistanın suveren ərazisi vasitəsilə yüklərin Naxçıvana tranzitinə aiddir. Öz növbəsində Ermənistan Yerasx-Meğri marşrutu üzrə dəmir yolu əlaqəsinə malik olmaq imkanı əldə edəcək”, – Paşinyan bildirib.