image-rt-reklam
image-1backend

“Strateji müttəfiqliyin Türk modeli”

image-728x90

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də imzaladıqları “Şuşa Bəyannaməsi”nin üç ili tamam olur. “Şuşa Bəyannaməsi” iki ölkə arasında tarix boyu süzgəcdən və sınaqdan keçmiş, ortaq strateji maraqlara malik hərbi-siyasi və təhlükəsizlik müqaviləsidir. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüş oldu. “Şuşa Bəyannaməsi”nin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-Türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi.
Dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir.

Qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən “Şuşa Bəyannaməsi”nin tayı-bərabəri yoxdur. Çünki bu sənəd əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənədddir. Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Şuşa Bəyannaməsi həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri
əhatə edir. Bəyannamə bölgədə inteqrasiya proseslərini də stimullaşdırır və əhatəli sülhə yol açır.

Şuşa Bəyannaməsini strateji müttəfiqliyin “Türk modeli” adlandıraraq:“Bəyannamədə strateji əhəmiyyətli hərbi əməkdaşlığın ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq.

Eltun Süleymanov,
Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90