Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Aleksandr Volkovu başqa bir şəxslə əvəzləyərək geri çağırmaq qərarına gəlib. Yeni komandir rütbəcə general-polkovnikdir, Rusiya müharibələrində iştirak etmiş mahir hərbçidir və Rusiya Müdafiə Nazirliyində iradəli keyfiyyətləri ilə tanınır. O, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir, onunla uzun illər çalışıb. Gəlir, belə deyək, vəziyyəti nizamlamağa.
Bu dəyişiklik o deməkdir ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır .
Erməni mediası iddia edir ki, Aleksandr Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək və artıq yoldadır.
Yaxın vaxtlarda yeni komandiri daha ətraflı təqdim edəcəyik.