image-2000x150
image-4backend

Sorosun çörəyini ölkəmizdə kimlər yeyir – Siyavuş Novruzovun siyahısı

image-728x90

Ekspertdən şok açıqlama: “Səfirliklər var ki, onlar istər müxalifət, istər QHT-lərə qeyri-rəsmi ödənişlər edirlər”
“”Soros” Fondunun Türkiyədə, eyni zamanda Azərbaycanda təxribat həyata keçirməsi artıq qeyri-mümkündür. Çünki Türkiyədə də, Azərbaycanda da iqtidarla xalq bir yerdədir. Hər kəs öz liderini tanıyır və onun arxasında birləşir. “Soros” Fondu o ölkələrdə təxribatlar həyata keçirir ki, orada qeyri-müəyyənlikdir, ona görə də həmin ölkələrdə dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Bu günə qədər hansı ölkələrdə “Soros” Fondu fəaliyyət göstərdisə, o ölkələrdə əmin-amanlıq olmadığını gördük. Xalq da bunu görür, bilir. Azərbaycanda bir qrup jurnalist, siyasi partiya, o cümlədən antimilli şura (Milli Şuranı nəzərdə tutur-red.) Sorosun çörəyini yeyir, onun tapşırıqlarını yerinə yetirir. Buna baxmayaraq, Azərbaycanda onların heç bir fəaliyyətləri ola bilməz…”, – deyə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Pravda.az saytına açıqlamasında deyib.

Qeyd edək ki, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun (Soros) Azərbaycan nümayəndəliyi fəaliyyətini 2011-ci ildən dayandırıb. 2014-cü ildə isə təşkilat ləğv edilərək reysterdən çıxarılıb. Hələ o vaxt mətbuat yazırdı ki, “Soros” Fondunda böyük korrupsiya faktları ortaya çıxıb. Buna görə də fondun fəaliyyətinin dayandırılması ilə bağlı birbaşa Nyu-Yorkdakı baş ofisdən qərar verilib. O vaxt məlum olmuşdu ki, fondun iri məbləğlərin ayrıldığı layihələri yalnız kağız üzərində icra olunurmuş. Vətəndaş cəmiyyətinin inkişafına yönələn vəsaitlər təyinatı üzrə xərclənmirmiş. O vaxt həmçinin layihələrin məbləğlərinin həddən artıq şişirdilməsi faktları ortaya çıxmışdı. Yəni Sorosun Azərbaycan nümayəndəliyinin tamamilə bağlanmasında buradakı korrupsiya faktları da əsaslı rol oynayıb. S.Novruzovun ittihamları isə ona işarədir ki, bu fond qeyri-qanuni olaraq, maliyyələşmə aparır. Bu nə dərəcədə mümkündür?

Politoloq Yeganə Hacıyeva  bildirdi ki, beynəlxalq təşkilatların regional nümayəndəliklərində birbaşa maliyyə köçürmələrindən kənar qeyri-rəsmi köçürmələr-paketlə ödəmələr də var. Rəsmi köçürmələr adətən qeyri-rəsmi köçürmələrin 30 faizini təşkil edir. Bu, beynəlxalq təşkilatlarda bir ümumi praktikadır. Birbaşa köçürmələr daha çox yayılımış praktikadır. Bu praktikanı beynəlxalq təşkilatların nümayəndəlikləri ilə yanaşı bir sıra səfirliklər də tətbiq edirlər: “Azərbaycanda səfirliklər var ki, onlar istər müxalifət, istər vətəndaş cəmiyyəti təşkilatlarına, özlərinin nüfuz agentlərinə qeyri-rəsmi ödənişlər edirlər. Bu, bütün keçmiş sovet respublikalarında rast gəlinən haldır. Hətta bütün dünyada müəyyən qədər tətbiq olunmuş praktikadır. Xüsusilə “Soros” Fondunun Azərbaycan ərazisində siyasi və media köçürmələrinin çox cüzi hissəsi-15-20 faizi rəsmi köçürmələr şəklində olub. Digər 80 faizə yaxını qeyri-rəsmi köçürmələr olub. Əsasən də siyasilərə, “Soros” Fondu tərəfindən Azərbaycan üzrə elan edilmiş prioritetlər üzrə fəaliyyət göstərən siyasi qruplara, onlara bağlı olan QHT-lərə qeyri-rəsmi pul ötürmələri daha çox olub. Sual oluna bilər ki, bunlar hansı prioritetlər idi? Məsələn, “Soros” Fondu uzun illər Azərbaycanda radikal islam təmayüllü vəhhabi qanadının inkişafını maliyyələşdirib. Qərb institutu olan “Soros” Fondunun məhz radikal dini qrupu maliyyələşdirməsi çoxlarında sual yarada bilər, amma bu faktdır. Digər bir vacib məqam odur ki, həmin fondun qeyri-rəsmi ödəmələri həm də İrana yaxın radikal dini təmayüllü qruplara gedirdi”.

Ekspert qeyd etdi ki, qeyri-rəsmi ödənişlər başqa beynəlxalq təşkilatların xətti ilə bu gün də edilir: “Daha çox ABŞ-da mənzillənmiş beynəlxalq təşkilatlar 2018-2019-cu illərdən başlayaraq milyonluq qrantları yenə də köçürür. Köçürmələr qeyri-rəsmi köçürmələr praktikası ilə həyata keçirilir. Azərbaycan hökuməti Qərblə əməkdaşlıq çərçivəsində QHT-lərə şəraitin yaradılması üçün xoşməramlı pəncərə açıb. Lakin aydın məsələdir ki, rəsmi köçürmələr izlənə bilir, qeyr-rəsmi köçürmələr tam şəkildə izlənə bilmir. Ona görə də Azərbaycan hökumətinin xoş məramla açdığı pəncərədən həmin təşkilatların nə dərəcədə xoş məramlı istifadə etməsi məlum deyil. Hazırda Azərbaycanda QHT-lərin və siyasi qrupların maliyyələşməsi təxminən 2005-ci ili xatırladır. 2005-ci ildə də siyasi və media qrupları, QHT-lər daha çox qeyri-rəsmi maliyyələşdirilirdilər, bu gün də o cür maliyyələşdirilirlər. Yəni burada bir korrupsiyadan da söhbət gedir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90