Türkiyənin Kütahya vilayətinin Simav rayonunda 5.4 bal gücündə zəlzələ qeydə alınıb.
Ulusal.az bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi saytına istinadla xəbər verir.
Bildirilib ki, yeraltı təkanların ocağı 8.4 kilometr dərinlikdə yerləşib. pizza mizza
Kütahya valisi Musa İşın “TRT Haber” telekanalına bildirib ki, zəlzələ yerli vaxtla 12:59-da (Bakı vaxtı ilə saat 13:59 – red.) qeydə alınıb. Onun sözlərinə görə, yeraltı təkanlar nəticəsində hələlik dağıntı və insan itkisi barədə məlumat daxil olmayıb.