Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesdə Xatirə Allahşükür qızı Paşazadənin və Qalib Aslan oğlu Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluna qarşı paytaxtın Bilgəh kəndində yerləşən və dəyəri 25 milyon dollardan artıq qiymətləndirilən bağ sahəsiylə bağlı növbəti iddia ərizəsinə baxılıb.
Ulusal.az xəbər verir ki, bundan öncə Sabunçu Rayon Məhkəməsində Xatirə Allahşükür qızı Paşazadənin və Salahzadə Qalib Aslan oğlunun Ağasif Şakiroğluna qarşı iddiasına 3 ay bundan öncə baxılmış və partiya sədrinin xeyirinə Sabunçu Rayon Məhkəməsində qərar qəbul edilmişdir.
Qalib Salahzadə və Xatirə Paşazadə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qərarı ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.
Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxış iclası bu keçirilib.
Üç iclasdan sonra Fərrux Qasımovun sədrliyi ilə keçirilən məhkəmə prosesində nəhayət qərar elan edilib.
Qərarə əsasən, Qalib Salahzadə Aslan oğlunun və Xatirə Paşazadə Allahşükür qızının iddiası əsassız hesab edilməklə rədd edilib, bundan öncə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlunun xeyrinə verdiyi qərar qüvvədə saxlanılıb.Demokrat