image-rt-reklam
image-img-20231020-wa0005backend

SON DƏQİQƏ: Naxçıvanda bu rayon ləğv edilir

image-728x90

Ulusal.az Naxçıvandakı mənbələrə istinadən xəbər verir ki, Muxtar Respublikada həyata keçirilən son islahatlardan sonra, Naxçıvanda daha bir xəbər yayılıb.

Məlumatlı mənbə qeyd edir ki, MR-nın ən gənc rayonu olan Kəngərli rayonu ləğv edilərək, yenidən rayon əraziləri Şərur rayon balansına qaytarılacaq.

Məlumata görə, artıq rayonun vergi sistemi Şərur rayonuna tabe edilib. Digər dövlət orqanlarının da Şərur rayonuna tabe edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, hələlik rəsmi formada bununla bağlı sərəncam olmasa da, yerli əhali arasında artıq söz-söhbətlər də artıb.
Qeyd edək ki, Kəngərli rayonu mərkəzi Qıvraq qəsəbəsi olmaqla 19 mart 2004-cü ildə yaradılıb.

Kəngərli rayonunun ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90