image-rt-reklam
image-lacin-postbackend

SON DƏQİQƏ! “Laçın” sərhəd məntəqəsi atəşə tutuldu: Hərbiçimiz yaralandı

image-728x90

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanmışdır.

Bu barədə  Dövlət Sərhəd xidmətindən məlumat verilib.

Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulmuş, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90