image-rt-reklam
image-1backend

SON DƏQİQƏ! İsraildən HƏMAS-la bağlı ŞOK PLAN

image-728x90

İsrail HƏMAS döyüşçülərinin gizləndiyi yeraltı tunelləri dəniz suyu ilə doldurmaq imkanını nəzərdən keçirir.

Bu barədə “The Wall Street Journal” Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, anklavda ekoloji fəlakətə səbəb olacaq və şirin su ilə bağlı vəziyyəti daha da pisləşdirəcək.

Bildirilib ki, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyası quraşdırıb.

Məlumata görə, qurğular bir neçə həftə ərzində Aralıq dənizindən suyu çəkib tunelləri doldurmağa qadirdir.

İsrail hökumətii hələlik belə bir addımla bağlı yekun qərar verməyib.

Nəşr qeyd edir ki, bəzi keçmiş Amerika rəsmiləri bu addımın Bayden və onun administrasiyasını çətin vəziyyətə sala biləcəyinə inanır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90