Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasına səfər edəcək və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfər İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Ulusal.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Görüşdə əməliyyatdan sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proses müzakirə ediləcək.
Bundan başqa, Naxçıvanla Azərbaycan arasında quru əlaqəni və bununla da Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizinin müzakirəsi də gündəmdə olacaq.





















