Rusiya Federasiyasının İstintaq Komitəsi keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb. O, Moskvada dələduzluq ittihamı ilə saxlanılıb.
Ulusal.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
İstintaq müəyyən edib ki, 2024-cü ilin fevralında Elman Paşayev Moskvada iş adamı Aleksey Blinovskini inandırıb ki, böyük pul mükafatı müqabilində onu və arvadı Yelenanı əvvəllər açılmış vergidən yayınma işi üzrə cinayət məsuliyyətindən azad edə bilər.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açıb.