image-rt-reklam
image-1backend

SON DƏQİQƏ: Bəşər Əsəd rejimi təslim oldu

image-728x90

Suriya Prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib.

Bu barədə dekabrın 8-də Suriya Ordusundakı mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb.

“Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, – məlumatda deyilir.

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali isə ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb.

Bu barədə “Al Arabia” telekanalı məlumat yayıb.

Məlumata görə, ölkənin Baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Məhəmməd Qazi əl-Cəlali “hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

Qeyd edək ki, Suriya ordusunun bölmələri silahlıların irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.

Məlumata görə, silahlılar şəhərin mərkəzində bir neçə dövlət obyektinə, o cümlədən Suriya dövlət televiziyasının binasına nəzarət edib.

Bu, faktiki olaraq Əsəd rejiminin devrilməsi deməkdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90