image-2000x150
image-1677919760_bravocbackend

SON DƏQİQƏ: Bakıda marketdə silahlı ATIŞMA OLUB

image-728x90

Bakıda “Brova”da atışma olub.

Ulusal.az xəbər verir ki, hadisə Xətai rayonu “Nargilə kafesi” adlanan əraziyə yaxın olan “Bravo”da qeydə alınıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Hadisə ilə bağlı DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilir:

“Paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

Qeyd eedək ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, hadisə zamanı iki nəfər güllələnib.

Onlardan biri hadisə yerində vəfat edib. Digər şəxs isə yaralı halda xəstəxanaya aparılıb.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90