image-rt-reklam
image-1backend

SON DƏQİQƏ:Azərbaycan Türkiyə İş Adamları Birliyindən (ATİB) prezident seçkiləri ilə bağlı ŞOK QƏRAR

image-728x90

Ulusal.az xəbər verir ki, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 10 yanvar 2024-cü il
tarixdə keçirilmiş İdarə Heyətinin iclası keçirilib.

İclasda İdarə Heyəti üzvləri 2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı yekdilliklə İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəvul ediblər.

Bəyanatda deyilir:

2024-cü ilin fevral ayının 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında dəmir yumruq kimi birləşmiş xalqımız və qəhrəman ordumuz tərəfindən ərazi bütövlüyü təmin edilmiş ölkəmizin bütün ərazisində
keçiriləcək, ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsbit edərək zəfər seçkiləri kimi Azərbaycanın siyasi tarixinə vəsiqə alacaqdır. 30 illik işğala son qoyulduqdan sonra doğma torpaqlarına qayıtmış insanların ilk dəfə öz yurdlarında seçici olaraq səsvermədə iştirak edəcəyi bu seçkilər Azərbaycan dövlətçiliyinin
tarixində yeni və parlaq bir dövrün başlanğıcı olacaq.  Məlum olduğu kimi rəhbərliyi altında xalqımız və dövlətimizin nail olduğu bu şanlı zəfərin Ali Baş Komandan olaraq müəllifi cənab İlham Heydər oğlu Əliyevin,
keçiriləcək növbədənkənar prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası və qardaş Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizin və qardaş Türkiyə Respublikasının iş adamlarının daxil olduğu sahibkarlıq ictimaiyyətinin potensialını dövlətimizin və xalqımızın maraqları ətrafında birləşdirmək istiqamətində yarandığı 2004-cü ildən bəri əhəmiyyətli rol oynayan Azərbaycan
Türkiyə İş Adamları Birliyi (ATİB) 10 yanvar 2024-cü il tarixdə keçirilmiş İdarə Heyətinin iclasında İdarə Heyəti üzvləri tərəfindən yekdilliklə qəbul edilmiş qərara əsasən müzəffər Ali Baş Komandan cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyini dəstəklədiyini qürur hissi ilə bəyan edir,
bu tarixi seçkilərdə ona uğurlar arzulayır və keçirələcək seçkilərin məntiqi nəticəsinin tariximizə parlaq bir səhifə kimi həkk olunaraq qüdrətli dövlətimizin və qalib xalqımızın sınmaz iradəsinin təzahürü olmasını diləyir.
Uğurlar cənab Prezident!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90