image-2000x150
image-5backend

“Son 20 ildə iqtisadiyyatımız üç dəfədən çox artıb”

image-728x90

Bu, dünya rekordu hesab oluna bilər. Eyni zamanda, birbaşa xarici borcun azalması strategiyasına əsaslanaraq, biz xarici borcumuzu azaltmışıq və 2023-cü il yanvarın 1-nə olan məlumata görə, bu, ÜDM-in 10 faizindən aşağı olub.

Azərbaycan Respublikası dövlət suverenliyi əldə etdikdən sonra onun xarici iqtisadi fəaliyyət sahəsində sərbəst, müstəqil siyasət yeritməsi obyektiv zərurətə çevrilmişdir, digər tərəfdən ibj bunun üçün zəruri zəminlər yaranmışdır. Ölkə SSRİ-nin tərkibində olduğu illər ərzində xarici ölkələrlə, hətta sabiq müttəfiq respublikalarla öz mənafeyini, ehtiyac və imkanları baxımından müstəqil iqtisadi əlaqələr həyata keçirmək imkanına malik deyildi. Azərbaycanın xarici ticarət əlaqələrinin təhlili göstərir ki, son illərdə başlanmış meyl – ticarət əlaqələrinin liberallaşdırılması, idxal və ixracın strukturu və coğrafiyasının genişləndirilməsi, ölkəmizin xarici ticarət təşkilatlarında iştirakı və bu təşkilatlann qayda və metodlannı öz xarici ticarət siyasətinə tətbiqi və s. ticarət sferasında müsbət meyllər əmələ gəlmişdir.

Azərbaycan, demək olar ki, dünyamn bütün qitələri ilə ticarət iqtisadi əlaqələrə malikdir. Lakin istehsal olunan məhsullann rəqabət qabiliyyətinin dünya bazarlarında aşağı olduğuna görə, respublika əsasən xammal ixrac edir. Son vaxtlarda dünya ölkələri arasında iqtisadi inteqrasiya güclənmişdir. Artıq hər bir ölkənin iqtisadiyyatının inkişafı milli sərhədlərdən çıxaraq dünya iqtisadiyyatına qovuşur. Deməli, elə etmək lazımdır ki, ölkə dünya əmək

bölgüsündə hazır məhsulla daha çox təmsil olunsun. Sənaye cəhətdən inkişaf etmiş ölkələr dünya bazanna əsasən hazır məhsul, qabaqcıl mütərəqqi texnologiya, daha çox elm tutumlu məhsullar çıxarır. Həmin texnologiyanı alan ölkələr isə tez bir zamanda onu tətbiq edərək, milli iqtisadiyyatın formalaşdırılması və inkişafını sürətləndirirlər.

Azərbaycanın idxal və ixrac balansının təhlili göstərir ki, ölkəyə Avstraliya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Fransa, Almaniya, Macarıstan, İran, İsrail, Cənubi Koreya, Polşa, İsveçrə, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ kimi güclü inkişaf etmiş ölkələrdən texniki tərəqqinin əsasını təşkil edən sənaye sahələrinin məhsulları ilə bərabər, Azərbaycanda inkişafı və istehsalı üçün bütün imkanlar və amillər olan sənaye və kənd təsərrüfatı məhsulları da gətirirlər. Yuxanda göstərilən ölkələrdən Azərbaycana ət, süd məhsulları, quş əti, çay, düyü, günəbaxan yağı, tünd spirtli içkiləri, üzüm, alma, armud, kolbasa, qənnadı məmulatları, meyvə-tərəvəz şirələri, siqaretlər, makaron məmulatları, mineral sular, bir sıra tərəvəzlər, məişət mebelləri, xalça və xalça məmulatlan, elektrik cihaz- lan, telefon aparatları, ayaqqabı, pambıq parçalar, kauçuk və rezin məmulatlan, elektrik naqilləri və kabellər, sintetik yuyucu vasitələr, boyalar və s. gətirilir. Halbuki, həmin məhsullann

istehsalı üçün ölkəmizdə bütün imkanlar və amillər mövcuddur. Həmin məhsullann istehsalı uzaq məsafələrdən səmərəsiz yükdaşımalarm qarşısını alar, istehsalın səmərəliliyinin artmasını təmin edər, sosial geriliyi azaldar, milli gəliri artırar. Bütün bunların hamısı birlikdə əhalinin yaşayış səviyyəsinin artmasını təmin edər.

Milli iqtisadiyyatımızın inkişafının əsas istiqamətlərindən biri də ictimai əmək bölgüsüdür ki, bunu da təbii-coğrafi, sosial-iqtisadi və milli amillər şərtləndirir. Ticarət əlaqələrinin inkişaf səviyyəsi, ictimai əmək bölgüsünün dərinləşməsi və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı ilə bilavasitə əlaqədardır. Ticarət əlaqələrinin dinamikliyi iqtisadiyyatın ayrı-ayn sahələri, müəssisələr arasında uzun müddətə sabit istehsal əlaqələrinin olmasını tələb edir. Yükdaşımalann ümumi həcmində neft, qara metal, tikinti, meşə, yeyinti məhsulları yüksək xüsusi çəkiyə malikdir. Respublikadan kənara çıxanlan yüklərin strukturu ölkələrarası əmək bölgüsünün xarakterini müəyyən edir. Belə ki, Azərbaycandan kənara göndərilən yüklərin yarıdan çoxu neft məhsullarının payına düşür.

İqtisadi-ticari əməkdaşlıq və ictimai əmək bölgüsü ölkə miqyasında əmək məhsuldarlığının artmasının təmin olunması, məhsul istehsalına sərf olunan maddi və əmək məsrəflərini, həmçinin iqtisadiyyatın bütün sahələrində kapital qoyuluşunun və yüklərin nəql edilməsinə sərf edilən məsrəflərin ixtisar edilməsidir. Bu ictimai əmək bölgüsünün əsas məqsədi və istehsalın səmərəliliyinin əsas göstəricisidir. Ölkəmizin ticarət əlaqələri səmərəli əmək bölgüsünə və istehsalın kooperasiyasına əsaslanmalıdır. Bunun nəticəsində istehsal məsrəfləri azalar və əmək məhsuldarlığı yüksələrsə, ölkələrarası mal mübadiləsi qarşılıqlı faydalı olar.

Xarici ticarət əlaqələrinin və onunla bağlı milli iqtisadiyyatın inkişafının tarixi xüsusiyyətləri, müxtəlif təbii və iqtisadi şərait, ölkənin əlverişli nəqliyyat iqtisadi vəziyyəti ilə əlaqədardır. Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşməklə, məhsuldar qüvvələrin inkişafı və səmərəli nəqliyyat-iqtisadi əlaqələr üçün olduqca əlverişli vəziyyətə malikdir. Azərbaycan ildən-ilə digər ölkə və regionlar üçün nəzərdə tutulmuş məhsullar istehsalında öz xüsusi çəkisini artırır, eyni zamanda ictimai əmək bölgüsü və ölkələrarası əmək bölgüsü daha da dərinləşir, iqtisadiyyatın ixtisaslaşması və kompleks inkişafı güclənir. Azərbaycanın ticarət əlaqələrinin güclənməsi əmək bölgüsünün dərinləşməsi ilə üzvi surətdə əlaqədardır. Əmək bölgüsünün dərinləşməsi təbii sərvətlərin mənimsənilməsini və müxtəlif sənaye sahələrinin yaranmasını təmin etməklə, məhsuldar qüvvələrin yerləşməsində güclü dəyişiklik etmiş, ticarət əlaqələrinin daha da təkmilləşdirilməsi üçün şərait yaratmışdır.

Azərbaycan öz tələbatının böyük hissəsini digər respublikalardan alman xalq istehlakı malları hesabına ödəyir. Ümumiyyətlə, ərzaq məhsullarının 70 faizi digər regionlardan gətirilir. Xalq sənaye istehlak mallarından Azərbaycana avtomobillər, elektrik avadanlıqları,pambıq və yun parça, ayaqqabı və s. daxil olur, yüngül sənaye məhsullarına olan tələbatın 45%-i gətirmə məhsullarla ödənilir. Beləliklə, Azərbaycan ictimai əmək bölgüsünə, ixtisaslaşma və kooperativləşməyə, iqtisadi inteqrasiyaya aktiv daxil olur. Hazırda Azərbaycan güclüinkişaf etmiş yanacaq-energetika, maşınqayırma, neft-kimya ölkəsidir ki, bu sənaye sahələrinin inkişafı bilavasitə neft və qazın çıxarılması ilə əlaqədardır. Digər tərəfdən isə, xalq təsərrüfatının tələbatını ödəmək üçün qara və əlvan metallurgiya inkişaf etmişdir. İldən-ilə müxtəlif təbii sərvətləri mənimsəməklə, onlann istehsalı və ixracı üzrə ixtisaslaşınq və bu da milli iqtisadiyyatımızın inkişafına gətirib çıxarır.

Bəşirova Fidan Xudaverdi qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90