image-2000x150
image-1backend

“Solovyov yenə də erməni dəyirmanına su tökməklə məşğuldur” – Arzu Nağıyev

image-728x90

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görən şəxsi həbs edib.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşı Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

DTX-nin bu əməliyyatı haqqında Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev söylədi ki, dünyada heç bir dövlət terror hadisələrindən sığortalanmayıb:

“Buna görə də həmin dövlətin xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları öz peşələrini yüksək səviyyədə həyata keçirməlidirlər. Eyni zamanda xüsusi xidmət orqanları birmənalı şəkildə əməliyyat şəraitinə tam nəzarət etməli və koordinasiyalı şəkildə öz fəaliyyətlərini tənzimləməlidirlər. Paralel olaraq hər bir vətəndaş da məlum məsələdir ki, bu işdə onlara yardımçı olmalıdır. İstənilən alınan məlumatın ötürülməsi, eyni zamanda şübhəli bilinən və şübhəli hiss olunan bütün məlumatların məhz xüsusi xidmət orqanlarına, hüquq-mühafizə orqanlarına verilməsi, müəyyən qədər terror aktlarının qarşısının alınması istiqamətində istifadə edilə bilir. Bu gün də Azərbaycan xüsusi xidmət orqanları, hüquq-mühafizə orqanları əməliyyat şəraitinə tam şəkildə nəzarət edir və peşəkarcasına qarşısını alır. “Crokus Siti Hollda” baş vermiş terror hadisəsindən sonra yenə də Azərbaycanın düşmənləri baş qaldırmaqdadır, heç bir fakta söykənməyən müxtəlif bəyanatlar veririrlər. Bunların başında duranlardan biri də məhz Azərbaycan xalqına yaxşı tanış olan Vladimir Solovyovdur. O, özünün qeyri-adekvat bəyanatları ilə yadda qalan, jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxsdir. Bunun da dedikləri absurd məsələdir. Məlumdur ki, orada hər hansı bir azərbaycanlıdan, hər hansı bir Azərbaycan vətəndaşından söhbət getmir. Sadəcə olaraq nəyin bahasına olur-olsun, yenə də erməni dəyirmanına su tökməklə məşğuldur və bunun da konkret olaraq cavabı ən yüksək səviyyədə veriləcək. Əgər verilməsə, konkret özü faktları ortaya qoymalıdır”.

Millət vəkilinin sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti ölkədə terror törədilmisinin qarşısını ən yüksək səviyyədə, peşəkarlıqla alıb.

“Dövlət məmuruna qarşı terrorun qarşısı alınıb, terror aktının qarşısı alınıb. Eyni zamanda Azərbaycanda yaşayan əcnəbi vətəndaşlara qarşı törədilə biləcək terrorun qarşısı alınıb və dini radikal qruplaşmanın yaradılması, onların xaricdə təlim keçməsinin məhz səbəbkarı olan həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Artıq onlar haqqında həbs qətimkan tədbiri seçilib və istintaq davam etdirilir. Bir sözlə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, ümumən xüsusi xidmət orqanları, eyni zamanda hüquq-mühafizə orqanları yüksək səviyyədə öz işlərini həyata keçirir. Vətəndaşlar da ayıq-sayıq olmalı və hər bir alınan şübhəli məlumat haqqında xüsusi xidmət orqanlarına, hüquq-mühafizə orqanlarına bu məlumatları çatdırmalıdırlar”, – deyə Arzu Nağıyev bildirdi.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90